Bakı 18˚C Windy

Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Xəbərlər 20:53 30 avq, 2022
Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı keçiriləcək

18-26 sentyabr tarixlərində XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək. 

Qazet.az bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, festival üç böyük proqramdan ibarət olacaq: “Festivalın əsas proqramı”, “Üzeyir ənənəsinin sönməyən ulduzları” adı altında bu il yubileyləri olan musiqi xadimlərinə həsr olunan proqram” və “Üzeyir sənətinin gənclik sədaları” adı altında gənclik xətti”.

Festivala dünyanın müxtəlif ölkələrindən – ABŞ, Norveç, Fransa, Avstriya, Almaniya, Türkiyə, Yunanıstan, Qazaxıstan, Tatarıstan, Bolqarıstan, Macarıstan, Rusiya, Yaponiya, Cənubi Koreya, Almaniya, Gürcüstandan solistlər, dirijorlar, həmçinin kollektivlər dəvət olunub.