Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atanlar bəlli oldu - RƏSMİ
Bakıda bəstəkar Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan şəxs müəyyən olunub.
Qazet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev öz "Facebook" hesabında məlumat verib.
O, Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atılması ilə bağlı sosial şəbəkədə paylaşılan görüntülərin araşdırıldığını qeyd edib.
"Keçirilən tədbirlər nəticəsində qeyd olunan əməli törədən 2002-ci təvəllüdlü Elvin İsmayılov və 2006-cı il təvəllüdlü Fərid Cəfərov saxlanılıb.
E.İsmayılov sərxoş vəziyyətdə Milli Konservatoriyanın qarşısından keçərkən tanışı F.Cəfərovla zarafat etmək məqsədi ilə torbada ona məxsus olan ayaqqabını heykələ atdığını bildirib.
Faktla bağlı hər iki şəxsin barəsində İXM-in müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib, F.Cəfərov cərimə olunub, E.İsmayılov isə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib".