Valideynlər fiziki məhdudiyyətli azyaşlını avtomobildə tək qoyub getdilər - Bakıda maraqlı hadisə
Bakıda ağlasılmaz hadisə, polis müdaxilə etdi
Sosial şəbəkələrdə avtomobilin içərisində qapalı qalan fiziki məhdudiyyətli azyaşlı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən çıxarılıb.
Qazet.az Oxu.az-a istinadən xəbər verir ki,Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin (DİN) inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, azyaşlı ailəsinə təhvil verilib:
“Hadisə paytaxtın Xətai rayonunda, Gənclik parkı yaxınlığında qeydə alınıb. Valideynlər fiziki məhdudiyyətli azyaşlını qapıları bağlı avtomobildə tək qoyaraq gediblər. Polis əməkdaşlarına isə ərazidəki vətəndaşlar məlumat veriblər.
Polis əməkdaşları əraziyə yaxınlaşıb və fiziki məhdudiyyətli uşağın avtomobildə tək qaldığını görüb. Uşaq avtomobildən çıxarılıb, valideynləri axtarılıb və azyaşlı ailəsinə təhvil verilib. Valideynlər bildiriblər ki, əvvəlcə uşağı parkda gəzdiriblər, sonra avtomobilə qoyaraq özləri gəzintilərini davam etdiriblər”.