Bakı -2˚C Windy

Valideynlərdən pul tələb edən direktor başqa məktəbə direktor təyin edilib

Cəmiyyət 00:08 24 noy, 2022
Valideynlərdən pul tələb edən direktor başqa məktəbə direktor təyin edilib

Qalmaqallı səs yazısı sosial şəbəkələrdə və mediada müzakirə obyektinə çevrilən 45 saylı orta məktəbin direktoru Nəcibə Axundova tutduğu vəzifədən azad edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Qazet.az-a verilən məlumata görə, 45 nömrəli tam orta məktəbin (1300 şagird yeri) sabiq direktoru Axundova Nəcibə Novruz qızı 34 nömrəli tam orta məktəbin (523 şagird yeri) direktoru vəzifəsinə keçirilib.

Xatırladaq ki, bir müddət əvvəl səs yazısı ictimaiyyətə açıqlanan direktor məktəbdə təhsil alan şagirdlərin valideynlərindən pul tələb etməkdə ittiham olunurdu. Səs yazıları ictimaiyyətə açıqlandıqdan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, N.Axundova Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi olaraq son xəbərdarlıqla şiddətli töhmət verilib. 
 

Bildirilib ki, səhhəti ilə əlaqədar müvəqqəti olaraq işdə olmayan direktorun müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacaq.