Bakı 19˚C Mostly sunny

Valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişiklik edilir

Cəmiyyət 15:27 17 dek, 2021

Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik olunur

Valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişiklik edilir

Valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişiklik təklif edilir.

Qazet.az-ın xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik olunur.

Dəyişikliklə Məcəllənin 65.5-ci bəndi yeni redaksiyada verilir: “Valideynlik hüquqlarından məhrumetmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.

Məcəllənin hazırki bəndi isə belədir: “Məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir”.