Bakı 5˚C Showers

Vanqanın 2023-cü illə bağlı proqnozları - Çox insan qurban veriləcək

Maraqlı 12:00 13 dek, 2022
Vanqanın 2023-cü illə bağlı proqnozları - Çox insan qurban veriləcək

Dünyada daha əvvəl bir çox hadisəni bildiyi iddia edilən bolqar kahin Baba Vanqanın 2023-cü illə bağlı kəhanətləri ortaya çıxıb. 

Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, ölümündən 24 il keçməsinə baxmayaraq, insanlar hələ də bolqar kahininin proqnozlarına əməl etməyə davam edirlər.

Kəhanətlərinin arxasında heç bir yazılı mətn buraxmayan Baba Vanqa 2023-cü il üçün bunları proqnozlaşdırıb:

Günəş fırtınası olacaq

"Indy 100"dəki xəbərə görə, Baba Vanqa 2023-cü ildə Yer planetimizin ölümcül Günəş Fırtınasının hədəfi olacağını bildirib. Səmada "böyük yanğın"a bənzəyən və "Böyük Atəş" olaraq bilinən bir günəş fırtınası Yer kürəsini vuracaq və yerin maqnit qalxanı zədələnəcək.

Bioloji silahdan istifadə ediləcək

2023-cü ildə böyük ölkələrdən biri bioloji silahdan istifadə edəcək. Baba Vanqa kəhanətində sözügedən ölkənin adını çəkməyib. Ancaq bir çox sosial şəbəkə istifadəçisi bu ölkənin Rusiya, Çin, Şimali Koreya və ya İran ola biləcəyini şərh edib.

Dünyanın yolu dəyişəcək

Vanqanın sözlərinə görə, 2023-cü ildə Yerin orbiti dəyişəcək. Belə bir dəyişiklik olarsa, planetimiz bir sıra fəlakətlərə ev sahibliyi edə bilər.

Bəzi ölkələr isə seldən əziyyət çəkəcək

Bolqar görücü 2023-cü ildə  sel fəlakətlərinin də olacağını qeyd edib. O daşqınların daha çox  Avstraliya və Asiya ölkələrində  baş verəcəyinə diqqət çəkib.

Körpələr laboratoriyada istehsal olunacaq 

Baba Vanqanın 2023-cü il üçün iddiası ürküdücüdür. Baba Vanqanın sözlərinə görə, 2023-cü ildə normal doğuş qadağan olunacaq və körpələr laboratoriyada “istehsal ediləcək”. Baba Vanqanın peyğəmbərliyinə görə, hökumət rəhbərləri bütün insan həyatının laboratoriyada həyata keçirilməsini tələb edəcəklər.

Nüvə partlayışı olacaq

Onun 2023-cü il üçün bir çox proqnozları arasında nüvə stansiyasında potensial partlayışla bağlı xəbərdarlıq etdiyi irəli sürülüb. Bu kəhanət xüsusilə Rusiya və Ukrayna ilə müharibənin indiki dövründə olduqca qorxuludur. Rusiya prezidenti Vladimir Putinin ölkənin ərazi bütövlüyünü qorumaq üçün hər cür silahdan istifadə edəcəyini deməsindən sonra dünyada nüvə müharibəsi qorxusu artıb. 1979-cu ildə yazıçı Valentin Sidorovla müsahibəsində Vanqa deyirdi: “Hər şey buz kimi əriyəcək, onlardan yalnız birinə toxunulmamış qalacaq. Vladimir və Rusiyanın şöhrəti. Çox insan qurban veriləcək. Rusiyanı heç kim dayandıra bilməz. Onun tərəfindən hər şey yoldan çıxarılacaq və o, nəinki tutulacaq, həm də dünyanın ağası olacaq". 

Onun bu proqnozları düz çıxıb

2000-ci ildə Rusiyanın "Kursk" sualtı qayığının batması ilə bağlı proqnozundan sonra dünyada şöhrət qazanıb. Belə  ki, Baba Vanqa ölümündən əvvəl Kurskda bir çox insanın daşqınlardan təsirlənəcəyi barədə xəbərdarlıq etmişdi. Bundan əlavə  Vanqanın indiyədək dünyada baş vermiş bir çox mühüm hadisələri – 11 sentyabr hücumu, şahzadə Diananın ölümü, “Ərəb baharı”, İŞİD, “Brexit” sazişi, Paris Notr-Dam Kilsəsindəki yanğını qabaqcadan xəbər verib.