Vaqonlar yanıb
Gündəm
14:25 03 yan, 2023
“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus stansiyada vaqonlar yanıb.
Qazet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryolu stansiyasının ərazisində istifadəsi dayandırılmış 2 ədəd vaqonun taxta və penoplastdan ibarət üzlüyü yanıb. Yaxınlıqdakı digər vaqonlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.