Bakı 7˚C Showers

Vardanyan vətəndaşlıqdan çıxarıldı

Siyasət 15:57 22 dek, 2022
Vardanyan vətəndaşlıqdan çıxarıldı

Erməni əsilli iş adamı Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxarılıb.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Qeyd edək ki, Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki separatçıların tör-töküntülərinin başçılarından sayılır.

O, bu ilin noyabrın 4-də separatçıların tör-töküntüləri tərəfindən vəzifəyə təyin edilib.

Azərbaycan onun ölkə ərazisinə daxil olmasının və bölücülüklə məşğul olmasının qanunazidd addım və cinayət sayır.

Xatırladaq ki, Ruben Vardanyan 1968-ci il mayın 25-də İrəvanda anadan olub. 2011-ci ildən Rusiyanın varlıları siyahısına daxil edilib. 2021-ci ildə onun sərvətinin bir milyard dollar məbləğində olduğu bildirilirdi. Hazırda onun Rusiyadakı biznesinin ailə üzvləri və biznes tərəfdarları tərəfindən idarə edildiyi qeyd edilir.