Vasif Talıbova saxta diplom verilmə iddiasına Misir Mərdanovdan AÇIQLAMA
Eksklüziv
09:25 23 dek, 2022
Xəbər verdiyimiz kimi, dünən saytlarda Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun saxta diplom alması və bu diplomu ona Misir Mərdanovun rektor olduğu dövrdə verməsi barədə ittihamedici xəbər yayılmışdı.
Qazet.az-ın əməkdaşı sözügedən məsələ ilə bağlı sabiq təhsil naziri Misir Mərdanovla əlaqə saxlayıb.
O, yayılan bu xəbərin əsassız olduğunu bildirdi:
"Heç bir əsası olmayan iddiadır. Məzuna diplomu rektor vermir. Diplom məzuna institutda təhsil aldığı müddətdə əldə etdiyi uğurlara görə verilir".