Bakı 5˚C Showers

Vasif Talıbovun qayınanası vəzifəsindən azad edildi

Gündəm 19:46 10 yan, 2023
Vasif Talıbovun qayınanası vəzifəsindən azad edildi

Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin (ZAQS) rəhbəri Sənufər Sultanova vəzifəsindən azad edilib.

Qazet.az-ın məlumata görə, Sənufər Sultanova artıq bir neçə gündür işə gəlmir.

Bildirək ki, S.Sultanova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qayınanasıdır.

Pensiya yaşının çoxdan ötməsinə baxmayaraq hələ də vəzifədə olan 80 yaşlı qadın kürəkəninin sədr olduğu vaxtlarda öz işinə davam edirdi. Lakin bir neçə gündür onun işə gəlməməsi ilə bağlı xəbərlər ortaya çıxıb. Belə ki, Sənufər Sultanovanın ərizə yazdığı, yaxın zamanda istefa ərizəsinin qəbul ediləcəyi gözlənilir.

Qaynaq