Bakı -9˚C Windy

Vasif Talıbovun şirkətinin adı dəyişdirildi

Gündəm 17:20 06 yan, 2023
Vasif Talıbovun şirkətinin adı dəyişdirildi

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq”in adı dəyişdirilib.

Qazet.az saytının əldə etdiyi məlumata görə, şirkət bu gündən  “Arkoz Holdinq” adını daşıyacaq.

Eyni zamanda, “Gəmiqaya Holdinq”in Vasif Talıbovdan alındığına dair məlumatlar da var. Hazırda şirkətdə sənədləşmə işlərinin aparılır və bu gün şirkətə Bakıdan yeni rəhbər təyin ediləcəyi bildirilib.

Qeyd edək ki, “Gəmiqaya Holdinq" Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya Holdinq"in prezidenti olub.

Qaynaq