Vaşinqtonda atışma: 5 nəfər yaralandı
Gündəm
00:01 22 sen, 2021
Hadisənin səbəbləri araşdırılır.

ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən silahlı atışma nəticəsində 13 yaşlı yeniyetmə daxil olmaqla, 5 nəfər xəsarət alıb.
Qazet.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Bildirilib ki, insident şəhərin cənub-şərq səmtində baş verib. Yaralanan şəxslərdən 3-ü xəstəxanaya çatdırılıb, iki nəfər isə şəxsən xəstəxanaya müraciət edib.
Hadisənin səbəbləri araşdırılır.