Bakı 18˚C Intermittent clouds

Vaxtı keçmiş kreditlərin məbləği açıqlanıb

Biznes 16:50 30 may, 2022

 Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib

Vaxtı keçmiş kreditlərin məbləği açıqlanıb

Aprel ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,3 faiz artaraq, milli valyuta ekvivalentində 18 milyard 7,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Qazet.az-a verilən məlumata görə, ümumi kredit portfelinin 14 milyard 577,7 milyon manatı və ya 81 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 25,4 faiz azalaraq 685,2 milyon manat olub və ümumi kredit portfelinin 3,8 faizini təşkil edib.