Vəba xəstəliyi Livanda da qeydə alındı
Cəmiyyət
05:57 07 okt, 2022
Livan hakimiyyəti 1993-cü ildən bəri ölkədə ilk dəfə vəba xəstəliyinin olduğunu bildirib.
Qazet.az xəbər verir ki, xəstə oktyabrın 5-də ölkənin şimalındakı kəndlərdən birində aşkarlanıb, müalicə olunub və özünü yaxşı hiss edir.
Son həftələr Suriyada vəba epidemiyası müşahidə olunub, burada 10 minə yaxın insan xəstələnib, onlardan 40-a yaxını ölüb.
ÜST hesab edir ki, epidemiyaya səbəb Fərat çayındakı suyun keyfiyyətsizliyi olub. Hələ Suriyaya vəba gəlməmişdən əvvəl də ölkədə ishal və dəri xəstəlikləri çox olub. Müharibə zamanı su təmizləyici qurğular zədələnib və evlərini tərk edən milyonlarla suriyalı təmiz su təchizatından məhrum olub.