Venesuela ilə ABŞ şirkətləri neft hasilatı müqaviləsi imzalayıb
Gündəm
03:37 03 dek, 2022
Venesuelanın dövlət şirkəti PDVSA və ABŞ-ın “Chevron” şirkəti Venesuelada neft hasilatı üzrə işləri davam etdirmək üçün müqavilə imzalayıb.
Qazet.az xəbər verir ki, bu barədə Venesuelanın iqtisadiyyat və maliyyə üzrə vitse-prezidenti Tarek əl-Ayssami məlumat verib.
“Bu gün ABŞ-ın “Chevron” şirkəti tərəfindən hasilat fəaliyyətinin davam etdirilməsi üçün mühüm müqavilələr imzaladıq”, - o vurğulayıb.
Vitse-prezident imzalanan müqavilələrin təfərrüatlarını açıqlamayıb.
Eyni zamanda, o, bir daha PDVSA-ya qarşı birtərəfli sanksiyaların aradan qaldırılmasına çağırıb: “Onlar nəinki ölkə iqtisadiyyatına böyük ziyan vurub, həm də strateji tərəfdaşlarımıza mənfi təsir göstərib”.