Venesuelada daşqınlarda azı 22 nəfər ölüb, 52 nəfər itkin düşüb
Cəmiyyət
01:04 10 okt, 2022
Venesuelanın şimalında daşqınlar nəticəsində azı 22 nəfər ölüb, 52 nəfər itkin düşüb. Prezident Nikolas Maduro üç günlük matəm elan edib.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə icraçı vitse-prezident Delsi Rodriges bildirib.
“Bu günə qədər 22 meyit tapılıb, 52-dən nəfərdən çox insan itkin düşüb”, - D.Rodriges qeyd edib.
Onun sözlərinə görə, Las-Teherias şəhəri yaxınlığında bir neçə dağ çayı öz sahilindən çıxıb.
“Prezident Nikolas Maduro ərazini fəlakət zonası elan edəcək və o, həmçinin üç günlük matəm elan edib”, - D.Rodriges əlavə edib.
Hazırda hadisə yerində xilasetmə işləri aparılır.