Bakı 7˚C Cloudy

Venesuelada neft kəmərində partlayış baş verdi

Gündəm 00:25 01 okt, 2021

İlkin versiyaya görə, partlayış boru kəmərindən yanacağın qanunsuz olaraq boşaldılması cəhdi zamanı baş verib.

Venesuelada neft kəmərində partlayış baş verdi

Venesuelanın Yaracuy əyalətində neft boru kəmərində partlayış baş verib.

Qazet.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Partlayış nəticəsində bir nəfər ölüb, ikisi isə yaralanıb. Xəsarət alanların hər ikisi azyaşlıdır.

İlkin versiyaya görə, partlayış boru kəmərindən yanacağın qanunsuz olaraq boşaldılması cəhdi zamanı baş verib.