Torpaq sürüşməsi: 43 ölü
Maraqlı
10:20 12 okt, 2022
Venesuelanın Las Texerias şəhərində ölümcül sürüşmə baş verib.
Qazet.az xəbər verir ki, ətraf rayonlardan sakinlər qalın palçıq və dağıntıların arasından axtarışa kömək etmək üçün polis, əsgərlər və axtarış üçün itlər gətirilib.
43 nəfərin öldüyü, 50-dən çox adamın hələ də itkin düşdüyü bildirilir.
Prezident Nikolas Maduro bildirib ki, ölənlərin sayı 100-ə çata bilər.
Şənbə günü leysan yağışlar El Pato çayının daşmasına səbəb olub, sel paytaxt Karakasdan təxminən 50 km cənub-qərbdə yerləşən şəhərdə ağacları, avtomobilləri, evləri və mağazaları yuyub.
Yerli media 300-dən çox evin dağıldığını bildirir. Ərazi təbii fəlakət zonası elan edilib.