Bakı 23˚C Mostly cloudy

Vergi daxilolmaları 15 milyardı keçib

Biznes 14:55 16 dek, 2022
Vergi daxilolmaları 15 milyardı keçib

Dekabrın 15-nə Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmalarının illik məbləği ilk dəfə 15 milyard manatı keçib.

Qazet.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib.

"Qeyri-neft-qaz sektorundan daxilolmalar isə 7,9 milyard manata çatıb. Qeydə alınan bu rekord göstərici həyata keçirilən mütərəqqi iqtisadi islahatların, səmərəli vergi inzibatçılığı və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Öhdəliyini dürüst yerinə yetirən vicdanlı vergi ödəyicilərinə və Dövlət Vergi Xidmətinin əməkdaşlarına təşəkkürümüzü bildiririk", - deyə o qeyd edib.