Bakı 1˚C Showers

Vergi müfəttişinə hökm oxunub 

Hadisə 15:44 17 noy, 2021

Faktla bağlı Cinayət Məcəlləsinin 179.4 və 308.2-ci maddələri ilə cinayət işi başlanılmışdı

Vergi müfəttişinə hökm oxunub 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə təqsirləndirilən Mahir Əbdürrəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qazet.az xəbər verir ki hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmünə görə, M.Əbdürrəhimova 8 il müddətinə azadlıqdan məhrum edilib

Xatırladaq ki, 2 saylı Ərazi Vergilər Departamentinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Mahir Əbdürrəhimovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Xızı və Siyəzən rayonları üzrə Maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarından tam və ya qismən olmaqla, ümumilikdə 511 min manat azaldaraq, həmin məbləğləri ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılmışdı.