Veşoviç üçün yeni müqavilə
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Marko Veşoviçlə Rusiya Premyer Liqası tmsilçilərinin maraqlandığı barədə yayılan məlumatlara münasibət bildirib.
Qazet.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda sabah Bakıda "Olimpiakos"la keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib:
"Bu barədə məlumatım yoxdur. Normal haldır. Dəfələrlə olub ki, futbolçularımız üçün təklif gəlib. Amma Veşoviçin bizimlə müqaviləsi var".
Qurbanov qeyd edib ki, yaxında 31 yaşlı müdafiəçi ilə sözləşməni yeniləmək üçün danışıqlar aparacaqlar: "Veeşoviçin müqaviləsinin uzadılması haqda gələcək aylarda danışığımız olacaq".
Qeyd edək ki, Marko Veşoviç ötən ilin yayından "Qarabağ"da oynayır. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.