Vətən müharibəsi iştirakçısı intihar ETDİ
Hadisə
14:51 21 noy, 2021
İskəndərov Ülvi İrşad oğlu hələki naməlum səbəbdən özünü asaraq öldürüb
Vətən müharibəsi iştirakçısı özünü asaraq öldürüb.
Qazet.az-ın unikal.org-a istinadən məlumata görə, hadisə Ağdaş rayonunun Ləki qəsəbəsində baş verib. Belə ki, 24 yaşlı rayon sakini İskəndərov Ülvi İrşad oğlu hələki naməlum səbəbdən özünü asaraq öldürüb.
Ü.İskəndərov 44 günlük Vətən müharibəsi iştirakçısıdır.
Faktla bağlı araşdırma aparılır.