Bakı -2˚C Windy

"Vətən müharibəsində fərarilik edən olmayıb" - Xanlar Vəliyev

Gündəm 14:49 01 noy, 2021

Bu barədə Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev 

"Vətən müharibəsində fərarilik edən olmayıb" -<span style="color:red"> Xanlar Vəliyev</span>

"Vətən müharibəsində Ermənistanın törətdiyi cinayətkarlıqla ilə əlaqəli açılan cinayət işlərinin bir qismi Hərbi prokurorluqda aparılır".

Qazet.az xəbər verir ki, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev deyib.

O bildirib ki, cinayət işlərinin bəziləri isə Baş Prokurorluqda, digərləri isə Dövlət Təhlükəsizliyi Xidmətində aparılır:

"Bu işin həcmi çox böyükdür. Müxtəlif istiqamətlər üzrə cinayət işi başlanılıb. Hətta bizim bəzi hərbçilərin müharibə zamanı səriştəsizliyinə görə cinayət işləri başlanılıb. Onu da qeyd edim ki, Vətən müharibəsində əsgər və zabitlərimiz arasında fərarilik edən kimsə olmayıb. Bu əslində millətin ruhundan xəbər verir".