Bakı 0˚C Dreary

Vətəndaşın bank kartından 723 manat pulu talayan şəxs saxlanılıb

Hadisə 02:06 09 okt, 2022
Vətəndaşın bank kartından 723 manat pulu talayan şəxs saxlanılıb

Vətəndaşın bank kartından 723 manat pulu kiber üsulla talayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bu barədə Qazet.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Polisin keçirdiyi əməliyyat-texniki tədbirlərlə 1999-cu il təvəllüdlü Orxan Quliyev saxlanılaraq istintaqa cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə olunur.