Vətəndaşlar 8 özəl xəstəxanadan pulsuz tibbi xidmət alacaq - SİYAHI
İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi 8 özəl tibb müəssisəsi ilə müqavilə bağlayıb
İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə daha 8 tibb müəssisəsi ilə müqavilə bağlayıb.
Qazet.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq agentlikdən məlumat verilib.
Belə ki, agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 19-dan 27-ə qədər yüksəlib.
"İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır", - agentlikdən bildirilib.
Müqaviləli tibb müəssisələrinin siyahısı aşağıdakılardır:
1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs
2. Mərkəzi Klinik Xəstəxana
3. Caspian International Hospital
4. Respublika Diaqnostika Mərkəzi
5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi
6. Gəncə Beynəlxalq Xəstəxanası
7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası
8. Mərkəzi Neftçilər Xəstəxanası
9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi
10. EGE Hospital
11. Sumqayıt Hospital
12. Avrasiya Hospital
13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi
14. Leyla Medical Center
15. Badam Medical Center
16. Lor Hospital
17. Məlhəm Beynəlxalq Hospital
18. “OKİ” Özəl Tibbi Müalicəxanası
19. “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (Zəfəran hospital)
20. Oksigen Klinik Xəstəxanası
21. Diaqnoz Tibb Mərkəzi
22. “Ortoped” Məhdud Məsuliyyətli Cəmiyyət
23. Mediland Hospital
24. Medera Hospital
25. Stimul Hospital
26. Medistyle Hospital
27. Batıgöz Medical Plaza Məhdud Məsuliyyətli Cəmiyyət