Bakı 10˚C Windy

“Vətəndaşlar digər bölgələrə olduğu kimi, Şuşaya da səfər edə biləcək" - Prezidentin xüsusi nümayəndəsi

Gündəm 16:50 24 yan, 2022

Dövlət başçısının nəzarətində olan bu işlər çox yüksək templə gedir

“Vətəndaşlar digər bölgələrə olduğu kimi, Şuşaya da səfər edə biləcək" - Prezidentin xüsusi nümayəndəsi

“Vətəndaşlar digər bölgələrə olduğu kimi, Şuşaya da səfər edə biləcək, Şuşada bərpa-quruculuq işlərinin aparılmasına şahid olacaqlar”.

Qazet.az-ın xəbərinə görə, bunu Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

“Dövlət başçısının nəzarətində olan bu işlər çox yüksək templə gedir. Şuşanın dirçəlməsi hamımızın ümdə vəzifəsidir. Bu sahədə fəaliyyət göstərən bütün qurumlar, təşkilatlar, şirkətlər var gücü ilə çalışacaq ki, proseslər ən tez zamanda başa çatsın. Bura gələn vətəndaşlar Şuşada müəyyən olunmuş marşrutla hərəkət edəcəklər, bununla bağlı həm Şuşa Qoruğunun əməkdaşları, həm də polis əməkdaşları kömək edəcəklər. Bugünkü səfərə gələnlər içərisində şuşalılar da var. Bu, Böyük Qayıdışın bir rəmzidir. Buna görə ölkə rəhbərliyinə bir daha təşəkkür edirik. Səfərə gələn şuşalılar əgər hər hansı xüsusi bir yerə səfər etmək istəsələr, doğma evlərinə, yaxud digər məkanlara baxmaq üçün Qoruq və polis əməkdaşlarına müraciət edə bilərlər” – o qeyd edib.