Veteran cüdoçularımız 8 medal qazandı
Qeyd edək ki, 43 ölkədən 350-dən çox idmançının mübarizə apardığı dünya çempionatında Azərbaycan

Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatına yekun vurulub.
Qazet.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, mötəbər yarışın sonuncu günündə cüdoçularımız daha 3 medal qazanıblar. Təmsilçilərimizdən Məmməd Məmmədov (M-2, 73 kq) gümüş, Vüqar Babayev (M-2, 66 kq) və İntiqam Ələkbərov (M-2, 100 kq) isə bürünc medala yiyələniblər.
Xatırladaq ki, çempionatın əvvəlki günlərində komandamızın üzvləri Babək Hacıyev (M-4, 60 kq) qızıl, Mübariz Cəfərov (M-5, 81 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq), Tural Səfquliyev (M-1, 100 kq) və Azər Əsgərov (M-5, +100 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, 43 ölkədən 350-dən çox idmançının mübarizə apardığı dünya çempionatında Azərbaycan