Bakı 22˚C Sunny

Viktor Orban Qorbaçovun vida mərasimində iştirak edəcək

Siyasət 11:56 03 sen, 2022
Viktor Orban Qorbaçovun vida mərasimində iştirak edəcək

Macarıstanın Baş naziri Viktor Orban SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçovun vida mərasimində iştirak etmək üçün Moskvaya gələcək.

Qazet.az xəbər verir ki, bu barədə AFP Macarıstan hökumətinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Macarıstan baş nazirinin Moskvaya səfəri zamanı başqa hansı planlarının olduğu barədə ətraflı məlumat verilməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Orban və Vladimir Putin arasında görüş planlaşdırılmır.