Bakı 18˚C Hazy sunshine

Viktoriya Nuland Moskvaya gəlir

Siyasət 11:16 09 okt, 2021

Viktoriya Nuland Rusiyanın paytaxtı Moskvaya səfər edəcək

Viktoriya Nuland Moskvaya gəlir

ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nuland 11 oktyabr tarixində Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

Qazet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

V.Nulandın Rusiyanın yüksək vəzifəli şəxsləri ilə görüşü planlaşdırılır.

“Nuland Rusiya rəsmiləri ilə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələləri müzakirə edəcək”, - deyə bildirilib.