Bakı 2˚C Partly sunny

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Gündəm 14:37 05 dek, 2022
Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında yeni təyinat olub.

Qazet.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Samir Çobanov Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək həmin bölmənin rəis müavini olub.