Bakı 14˚C Cloudy

Vilayət Eyvazov hava limanına yeni polis rəisi təyin edib

Gündəm 19:35 02 noy, 2021

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb

Vilayət Eyvazov hava limanına yeni polis rəisi təyin edib

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Qazet.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Samir Səfərov Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatının Füzuli Hava Limanının Xətt Polis Məntəqəsinə rəis vəzifəsinə təyin edilib. 

O, bu təyinata qədər Füzuli Rayon Polis Şöbəsində çalışıb