Bakı 15˚C Sunny

Vilayət Eyvazov polkovnik-leytenantı vəzifəsindən azad etdi

Gündəm 13:53 12 okt, 2021

DİN-də yeni kadr dəyişikliyi baş verib

Vilayət Eyvazov polkovnik-leytenantı vəzifəsindən azad etdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi polis polkovnik-leytenantı Vüqar İsmayılov vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Onun yerinə isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin köməkçisi polis polkovnik-leytenantı Bəkir Qarayev təyin edilib.

Qeyd edək ki, B.Qarayev bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsində İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Mənbə