Vilayət Eyvazov yeni rəis müavini təyin edib
Cəmiyyət
15:30 29 sen, 2021
Yeni kadr təyinatı

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Qazet.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Elşən Quliyev Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini təyin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti Qazet.az-a faktı təsdiqləyib.
Qeyd edək ki, E.Quliyev bu təyinata qədər Kəlbəcər RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində çalışıb.