Bakı 26˚C Intermittent clouds

Vilayət Eyvazovdan yeni- TƏYİNAT

Gündəm 15:29 20 sen, 2021

Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin yeni rəisi təyin olunub

Vilayət Eyvazovdan yeni- TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. 

Daxil olan  məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Bədirşah Vəlimətov Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi təyin olunub. 

O, bu təyinata qədər Siyəzən RPŞ-nin İstintaq Bölməsinin rəisi işləyib.

oxu.az