Bakı 11˚C Partly sunny w/ showers

Vinsent Van Qoqun bu əsəri 35 milyon dollara satıldı

Gündəm 02:56 18 noy, 2021

“Christie's” hərrac evinin məlumatına görə, 1888-ci ildə çəkilmiş əsərin ilkin satış qiyməti 20-30 milyin dollar olub. Sonuncu dəfə o, 1905-ci ildə sərgilənib.

Vinsent Van Qoqun bu əsəri 35 milyon dollara satıldı

Dünya şöhrətli rəssam Van Qoqun “Meules de ble” adlı peyzajı hərracda 35,9 milyon dollara satılıb.

“Qazet.az” “Röyters”ə istinadən xəbər verir ki, ikinci Dünya müharibəsi zamanı Fransanın işğalı vaxtı nasistlər tərəfindən ələ keçirilən əsər holland impressionistin ən baha qiymətə satılan əsəri olub.

“Christie's” hərrac evinin məlumatına görə, 1888-ci ildə çəkilmiş əsərin ilkin satış qiyməti 20-30 milyin dollar olub. Sonuncu dəfə o, 1905-ci ildə sərgilənib.

Van Qoqun intiharından sonra rəsm əsəri rəssamın qardaşı Teo Van Qoqa məxsus olub. Ancaq əsər Fransanın işğalı zamanı nasistlərin əlinə keçib. Müharibədən sonra 1970-ci illərin ortalarınadək peyzajın yeri məlum olmayıb. “Christie's” kolleksiyaçılar və ilk varislərlə müqavilə imzalayanadək əsər şəxsi əllərdə olub.