Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər hansılardır?
Beş ölkə siyahıya liderlik edir

Bugün bütün dünya COVİD-19 pandemiyası ilə mübarizə aparır. Hesablamalara görə, dünyada 268 114 267 nəfərdə koronavirus aşkarlanıb. Virusdan 5 295 146 xəstə ölüb, 241 319 923 nəfər sağalıb.
Qazet.az xəbər verir ki, virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (50 422 410 nəfər), Hindistan (34 666 241 nəfər), Braziliya (22 167 781 nəfər), Böyük Britaniya (10 610 958 nəfər) və Rusiyadır (9 895 597 nəfər).
Bu vaxtadək Türkiyədə 8 964 711, İranda 6 144 644, Gürcüstanda 875 806, Ermənistanda isə 341 468 nəfərdə koronavirus aşkar edilib.
Ölkəmizlə müqayisədə ən çox ölüm halları Rusiya (284 823 nəfər), İran (130 446 nəfər) və Türkiyədə (78 407 nəfər) qeydə alınıb.
Azərbaycanda koronavirusa yoluxan 599 713 nəfərin 8 019-u ölüb, 569 238 xəstə sağalıb.