Bakı 2˚C Mostly cloudy

Virusoloq COVID-19 dalğasının nə zaman başa çatacağından danışdı

Cəmiyyət 20:50 20 noy, 2021

Bu barədə dəqiq proqnoz vermək çətindir

Virusoloq COVID-19 dalğasının nə zaman başa çatacağından danışdı

Qamaleya Mərkəzinin virusoloqu Aleksandr Butenko koronavirusa yoluxma hallarının nə vaxt azalacağını açıqlayıb.

Qazet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, bu barədə dəqiq proqnoz vermək çətindir.

“Çünki infeksiyaya təsir edən bir çox amillər var. İndi tendensiya yaxşıdır. Riyazi bir model qura bilərsiniz, əgər bu tendensiya bir-iki həftə davam edərsə, o zaman vəziyyətin düzəldiyinə doğru getdiyini söyləmək mümkün olacaq. Lakin yoluxmanın artımının hansı tarixdə başa çatacağını qəti şəkildə söyləmək hələ mümkün deyil”, - Butenko "Sputnik" radiosuna açıqlamasında deyib.

Virusoloq əlavə edib ki, infeksiya üzərində tam qələbə üçün ehtiyat tədbirlərinə ciddi riayət edilməsi sistemi - “Çin nizam-intizamı” tələb olunur: “Onlar bu yolda böyük uğurlar əldə ediblər. Pandemiya orada başladı, lakin onlar onu məğlub edə bildilər. Biz də xalqımızı peyvənd etməyə təşviq etməliyik”.