Bakı 18˚C Windy

Vişeqrad Qrupu Polşa-Belarus sərhədindəki vəziyyəti müzakirə edəcək

Gündəm 14:38 22 noy, 2021

Bu barədə Polşa Baş nazirin mətbuat katibi Piter Müller "Polsat" telekanalına bildirib

Vişeqrad Qrupu Polşa-Belarus sərhədindəki vəziyyəti müzakirə edəcək

Vişeqrad Qrupuna üzv ölkələrin (Macarıstan, Polşa, Slovakiya və Çexiya) liderləri Polşa-Belarus sərhədindəki vəziyyəti müzakirə etmək üçün toplanır.

Qazet.az xəbər verir ki, bu barədə Polşa Baş nazirin mətbuat katibi Piter Müller "Polsat" telekanalına bildirib.

“Sabah Budapeştdə Vişeqrad Qrupunun görüşü keçiriləcək. Baş nazir mövcud geosiyasi vəziyyətlə bağlı Vişeqrad Qrupundan görüş keçirməyi xahiş edib. Bu həftə hökumət başçısı daha bir neçə ölkəyə səfər edəcək” deyə P. Müller qeyd edib.

Noyabrın 22-də Polşanın baş naziri Mateuş Moravietsi Latviya, Litva və Estoniyaya səfər edib və burada Belarusla sərhəddəki miqrasiya böhranını müzakirə edib. Polşa hökumətinin başçısı baş verənləri hibrid müharibənin tərkib hissəsi adlandırıb.

Mənbə