Bakı 3˚C Mostly cloudy

Vladimir Putin: "ABŞ və NATO-dakı müttəfiqləri Əfqanıstandan qaçdı"

Gündəm 15:53 17 sen, 2021

ABŞ və NATO-dakı müttəfiqləri Əfqanıstandan qaçdı

Vladimir Putin: "ABŞ və NATO-dakı müttəfiqləri Əfqanıstandan qaçdı"

“ABŞ və onun NATO-dakı müttəfiqləri Əfqanıstandan qoşunları tələsik çıxardıqdan,- buna qaçandan da demək olar,- sonra ölkədə vəziyyət kəskinləşib”.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının zirvə toplatınsdakı video çıxışında Əfqanıstandakı vəziyyəti şərh edərkən bildirib.

“Əfqanıstandakı vəziyyətlə əlaqədar ciddi riskləri nəzərə alaraq təşkilatımızın qarşısında ortaq və razılaşdırılmış bir xətti həyata keçirmək vəzifəsi durur”, - o deyib.

Qeyd edək ki, sentyabrın 14-də V.Putin Pakistanın Baş naziri İmran Xanla Əfqanıstandakı vəziyyəti müzakirə edib.

Xatırladaq ki, ətrafı koronavirusa yoluxduğu üçün Vladimir Putin özünütəcrid rejiminə keçib. Bu səbəbə görə Düşnbədəki toplatıya videoformat rejimində qatılır.(report)