Bakı 16˚C Sunny

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı

İdman 15:45 19 dek, 2022
Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı

Voleybol üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

Federasiyadan Qazet.az-a verilən məlumata görə, dekabrın 22-də qadın voleybolçular arasında Yüksək Liqada I turun matçları keçiriləcək.

İlk olaraq meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Qarşılaşma saat 16:00-da başlayacaq. Bu görüşdən iki saat sonra “Azərreyl”- UNEC duelinə start veriləcək.

Dekabrın 23-də isə kişi voleybolçular arasında Yüksək Liqada I turun “Murov” – “Neftçi” oyunu keçiriləcək. Matç saat 17:00-da başlayacaq.

Hər 3 qarşılaşma Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, kişi və qadın voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.