Bakı 21˚C Mostly sunny

Voleybolçularımız medal qazanıblar

İdman 09:45 09 yan, 2023
Voleybolçularımız medal qazanıblar

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Odina Əliyeva və Mariya Kirilyuk Çin çempionatında bürünc medal qazanıblar.

Azərbaycan Voleybol Federasiyasından Qazet.az-a verilən məlumata görə, idmançıların formasını geyindiyi “Şenzen Jonqsay” Çin Liqasında 3-cü yeri tutub.

Adıçəkilən komanda üçüncülük uğrunda “Fujian”la qarşılaşıb. İki oyunluq mübarizədə 3:2 (25:22, 16:25, 23:25, 25:22, 15:8) və 3:1 (17:25, 25:22, 25:21, 25:22) hesabı ilə qalib gələn “Şenzen Jonqsay” klubu yarışın bürünc medalına sahib çıxıb.