“Volkswagen”in baş direktoru istefa verib
Maraqlı
10:41 23 iyl, 2022
Yeni sədr 1994-cü ildən şirkətdə işləyən Oliver Blume olacaq
Herbert Diss sentyabrın 1-də Almaniyanın “Volkswagen AG”nin direktorlar şurasının sədri vəzifəsini tərk edəcək.
Qazet.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, yeni sədr 1994-cü ildən şirkətdə işləyən Oliver Blume olacaq.
Bundan əlavə, “Volkswagen”in baş maliyyə direktoru Arno Antlits şirkətin baş əməliyyat direktoru vəzifəsini də icra edəcək.
“Volkswagen”in səhmləri 1,2% ucuzlaşıb, lakin şirkətin rəhbərinin dəyişməsi ilə bağlı xəbərlər Frankfurt birjasının bağlanmasından sonra açıqlanıb. İlin əvvəlindən şirkətin kapitallaşması 24% azalaraq 84 milyard avroya düşüb.