"Volmart"ın meneceri əməkdaşlarına atəş açıb, 6 nəfər ölüb
Hadisə
05:50 24 noy, 2022
ABŞ-ın Virciniya ştatında “Volmart” (“Walmart”) mağazasının müdiri əməkdaşlarına atəş açıb. O 6 nəfəri öldürüb, sonra isə özünü güllələyib.
Qazet.az “Reuters”ə istinadən xəbər verir ki, ölənlər arasında 16 yaşlı yeniyetmə də var.
Məlumata görə, azı dörd nəfər yaralanıb. Ümumilikdə mağazada 50-yə yaxın adam olub.
Hadisəni törədən şəxs 31 yaşlı Andre Binqdir. Həmin şəxsin həmkarları onun əvvəllər də qəribə və bəzən də hədələyici davranışlar sərgilədiyini bildiriblər.
Eyni zamanda, daha öncə A. Binqin hökumətin onu izləməsindən narahatlığını ifadə edən paranoyak fikirlər səsləndirdiyi qeyd edilib.