Volodin Türkiyəyə səfər edəcək
Gündəm
19:41 30 noy, 2022
![Volodin Türkiyəyə səfər edəcək](https://qazet.az/resized/fit900x500/center/pages/127513/638779658652a638779658652b166982282163877965865286387796586529.jpg)
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxovu qəbul edib.
Qazet.az-ın İstanbul müxbirinin verdiyi xəbərə görə, Şentop bu barədə “Twitter“ hesabında məlumat paylaşıb.
O, qeyd edib ki, görüşdə Türkiyə ilə Rusiya arasındakı münasibətlər müzakirə olunub.
Bundan əlavə, görüş əsnasında Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Türkiyəyə səfər edəcəyi bildirilib.