Bakı 21˚C Windy

Votsap kriptovalyuta köçürmələrinə icazə verəcək

Biznes 21:11 10 dek, 2021

Kriptovalyuta köçürmələri “Meta”nın ana şirkəti olan Feysbuk və Votsapın rəqəmsal pul kisəsi tərtibatçısı “Novi” tərəfindən həyata keçirilir.

Votsap kriptovalyuta köçürmələrinə icazə verəcək

Votsap tətbiq daxilində kriptovalyuta köçürmələrinə icazə verəcək.

“Qazet.az” xəbər verir ki, tətbiq ilk olaraq ABŞ-da istifadə olunacaq.

Hazırda məhdud sayda istifadəçiyə xidmət göstərən tətbiqlə kriptovalyuta köçürmələri anında və pulsuz həyata keçirilə bilər.

Kriptovalyuta köçürmələri “Meta”nın ana şirkəti olan Feysbuk və Votsapın rəqəmsal pul kisəsi tərtibatçısı “Novi” tərəfindən həyata keçirilir.

Votsapın rəhbəri Vill Katkart bildirib ki, “Novi” insanlara kriptovalyutaları dərhal, təhlükəsiz və pulsuz köçürməyə kömək edəcək.

Tətbiq daxilində kriptovalyuta köçürmələri ABŞ dollarına bağlanmış kriptovalyuta olan “Pax Dollars” ilə həyata keçiriləcək.

“Novi” saytında verilən məlumata görə, köçürmə funksiyası fotoşəkillər, xəritələr və sənədlərin göndərilməsi kimi işləyəcək.

trt