Votsapa yeni funksiya gəlir
Biznes
22:52 16 sen, 2021
Messencer əmin edir ki, yeni funksiya tam məxfiliyi nəzərdə tutur.
Votsap mağazaların və xidmətlərin tapılması funksiyasını test edir.
Qazet.az xəbər verir ki, bunu messencerin icraçı direktoru Uill Ketkart deyib.
“Yaxınlıqdakı müəssisələr” adı verilən funksiya Android smartfonlarının istifadəçiləri üçün əlçatandır. Hazırda testləşdirmə yalnız Braziliyanın San-Paulu şəhərini əhatə edir. Lakin yaxın gələcəkdə tətbiqdə mağazaların axtarışı dünyanın digər ölkələrində də mümkün olacaq.
Messencer əmin edir ki, yeni funksiya tam məxfiliyi nəzərdə tutur. Belə ki, tətbiq istifadəçilərin yerini və ya funksiya vasitəsilə baxdığı şirkətlər haqqında şəxsi məlumatları izləməyəcək.