Bakı 2˚C Mostly cloudy

Vüqar Əhmədov vətəndaşları qəbul edib

Cəmiyyət 17:10 23 dek, 2022
Vüqar Əhmədov vətəndaşları qəbul edib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov dekabrın 23-də Şamaxı şəhərində Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə Qazet.az-a quruma istinadən xəbər verir.

Qəbul “Azərişıq” ASC-nin Şamaxı Elektrik Şəbəkəsinin inzibati binasında keçirilib.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutub.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.