Bakı 9˚C Intermittent clouds

Vyaçeslav Volodin: COVİD-19-un yayılmasında ABŞ-ın əli var

Gündəm 14:54 06 iyl, 2022

 Rusiya Dövlət Dumasının rəhbəri bildirib

Vyaçeslav Volodin: COVİD-19-un yayılmasında ABŞ-ın əli var

ABŞ koronavirus pandemiyasından zərər çəkmiş ölkələrin itkilərini kompensasiya etməlidir. Çünki Amerika hakimiyyətinin COVİD-19-un yayılmasında əli ola bilər.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin Teleqram kanalında yazıb.

Volodin amerikalı iqtisadçı Ceffri Saksın sitatını dərc edib. İqtisadçı sitanında etiraf edir ki, koronavirus ABŞ-ın biolaboratoriyasında yaradıla bilər.

“ABŞ koronovirusun milyonlarla xəstə və ölü, qlobal iqtisadi böhran, insanların həyat səviyyəsinin aşağı düşməsi kimi nəticələrinə görə məsuliyyət daşımalıdır”, - o bildirib.