Bakı 4˚C Dreary

Vyanada Zəfər Günü təntənə ilə qeyd edilib

Gündəm 14:22 08 noy, 2021

Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib

Vyanada Zəfər Günü təntənə ilə qeyd edilib

Vyana şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Dövlət Komitəsindən Qazet.az-a verilən məlumata görə, bayram tədbirində Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları, Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun, Türkiyənin Vyanadakı baş konsulu Asip Kaya, türkiyəli diplomatlar, iş adamları, Azərbaycan və Türkiyə icmalarının, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi, hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə dərnək sədri Yardım Güneş açıb. O, xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını möhtəşəm bayram münasibətilə təbrik edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Qarabağın işğalına son verməklə BMT-nin qətnamələrini təkbaşına icra etdiyi, Azərbaycan dövlətinin bölgədə təhlükəsizliyin qorunması, sülh və barışın bərqərar olması istiqamətində qətiyyətli addımlar atdığını nəzərə çatdırıb.

Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbir konsert proqramının təqdim edilməsi ilə yekunlaşıb.