Bakı 30˚C Mostly sunny

Vyetnam Azərbaycanın peyvənd pasportlarını tanıyıb

Cəmiyyət 16:02 22 okt, 2021

Vyetnam Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Le Txi Txu Hanq bildirib

Vyetnam Azərbaycanın peyvənd pasportlarını tanıyıb

Vyetnam 72 ölkənin, o cümlədən Azərbaycanın peyvənd pasportlarını tanıyıb.

Qazet.az xəbər verir ki, bunu mətbuat konfransında çıxışı zamanı Vyetnam Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Le Txi Txu Hanq bildirib.

O deyib ki, hökumətin COVID-19 pandemiyasına çevik və təhlükəsiz uyğunlaşma və ona nəzarət haqqında 1 oktyabr tarixli qərarına əsasən, Vyetnam 72 ölkənin, o cümlədən Azərbaycanın peyvənd sertifikatlarını tanıyıb.

Bu siyahıya həmçinin Qazaxıstan, Rusiya, Türkiyə, Türkmənistan və s. ölkələr daxildir.